...

Azərbaycanın QHT-ləri region QHT-lərini gürcü-osetin münaqişəsi zonasında gərginliyin aradan qaldırılması üçün əməkdaşlığa çağırır

Siyasət Materials 19 Avqust 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust/ Trend , müxbir C.Babayeva/Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının forumu region QHT-lərini gürcü-osetin münaqişəsi zonasında gərginliyin aradan qaldırılması üçün əməkdaşlığa çağırır.

"Forum vasitəçi rolunda region QHT -ləri arasında danışıqların aparılması üçün texniki, mənəvi və təşkilati yardım göstərməyə hazırdır", - çərşənbə axşamı Bakıda jurnalistlərə təşkilatın sədri Rauf Zeyni deyib.

""Forum münaqişə tərəflərini sülhə, suveren və müstəqil dövlətin ərazi bütövlüyünə hörmət etməyə, Böyük Qafqazda sabitliliyə və əmin-amanlığa çağırır", - Zeyni əlavə edib.

Azərbaycan Milli QHT-lərinin forumunda 500-dək qeyri-hökumət təşkilatı təmsil olunub.

Forum bəyanat qəbul edib. Zeyninin qeyd etdiyinə görə, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin QHT-lərinin ünvanlarına müzakirələrin aparılması üçün müraciətlər göndərilib.  

Xəbər lenti

Xəbər lenti