...

Tehran Xəzərin statusu məsələsində bütün fikir ayrlıqlarının həllinin mümkün olduğunu bildirir – İran xarici işlər nazirinin müavini

Siyasət Materials 5 Sentyabr 2008 17:49 (UTC +04:00)
Tehran Xəzərin statusu məsələsində bütün fikir ayrlıqlarının həllinin mümkün olduğunu bildirir – İran xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Novruzov/ Tehran Xəzərin statusu məsələsində bütün fikir ayrılıqlarının həllinin mümkün olduğunu bildirir.

"Bizim nizamlaya bilməyəcəyimiz elə bir fikir ayrlığı yoxdur, bütün fikir ayrlıqlarının həlli mümkündür",- deyə cümə günü Bakıda jurnalistlərə İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib.

"Bu fikir ayrılıqlarının Xəzərin statusunun müəyyən olunması üzrə prinsipial məsələlərə qətiyyən aidiyyatı yoxdur", - deyə o vurğulayıb. "Fikir ayrılığı hətta iki qardaş arasında da ola bilər, böyük mənafe birliyini nəzər alsaq, bu, cüzidir", - tdeyə Səfəri qeyd edib.

Onun sözlərinə görə, tərəflər razılaşmanın əldə olunması istiqamətində hər il böyük addımlar atır.

Sentyabrın 4 -5-də Bakıda Xəzəryanı dövlətlərin ekspertlərinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində iclası keçirilib. Görüşün əsas mövzusu Xəzərin statusunun müəyyən edilməsi üzrə danışıqların davam etdirilməsi olub.

Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə sonuncu sammit ötən il Tehranda keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti