...

Yaponiyada şin zavodunda qanlı insident: 8 nəfər bıçaqlanıb

Dünya xəbərləri Materials 26 Dekabr 2025 17:30 (UTC +04:00)
Yaponiyada şin zavodunda qanlı insident: 8 nəfər bıçaqlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Mişima şəhərində yerləşən “Yohoma Rubber Co.” Şirkətinə məxsus şin zavodunda qanlı insident yaşanıb. Müəssisənin işçisi olduğu güman edilən şəxs azı səkkiz nəfəri bıçaqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, xəstəxanaya çatdırılan yaralılardan beşi ağır vəziyyətdədir. Şizuoka prefekturasının polis idarəsindən bildiriblər ki, hücumu həyata keçirən şəxs 38 yaşlı kişidir. Həbs olunan zaman onun üzərində ovçu bıçağı və başında əleyhqaz olub.

Cinayətkar daha yeddi nəfərin üzərinə isə zərərli kimyəvi maddələr atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti