...

Azərbaycanla Mərkəzi Asiya arasında vahid iqtisadi münasibətlər konfiqurasiyası müşahidə edilir - Nazir

Siyasət Materials 26 Dekabr 2025 15:45 (UTC +04:00)
Azərbaycanla Mərkəzi Asiya arasında vahid iqtisadi münasibətlər konfiqurasiyası müşahidə edilir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanla Mərkəzi Asiya arasında vahid iqtisadi münasibətlər konfiqurasiyası müşahidə edilir.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dialoqlar ikitərəfli əsaslarda davam etdirələcək:

"Ölkəmizin müxtəlif platformalarında, beynəlxalq təşkilatlar konekstində liderliyimiz davam etdirələcək. Regionda Azərbaycanın Gürcüstan üzərindən Ermənistana yük daşınmalarını düşünmək mümkün deyildi. Uzun onilliklər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan işlər arasında artıq bu mümkündür".

Ceyhun Bayramov 2026-cı ildə bu istiqamətdə yeni layihələr, intensivlik görüləcəyinə ümid edildiyini qeyd edib:

"Cənub Qaz Dəhlizi 2020-ci ildə tamamlandı və Azərbaycanın bir çox ölkələrin enerji təminatında rol oynamasına səbəb oldu. Bu böyük iqtisadi imkanlar yaradır və eyni zamanda ikitərəfli münasibətlərdə ölkənin artan nüfuzuna töhvə verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti