...

Avropa Parlamentinin Azərbaycanı hədəfə alan qətnamələrinin son illərdə sayı artıb - Nazir

Siyasət Materials 26 Dekabr 2025 17:18 (UTC +04:00)
Avropa Parlamentinin Azərbaycanı hədəfə alan qətnamələrinin son illərdə sayı artıb - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Parlamentinin Azərbaycanı hədəfə alan qətnamələrinin son illərdə sayı artıb.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Avropa-Azərbaycan əlaqələri çərçivəsində müxtəlif təsisatlar var.

"Kimsə çalışır ki, Avropa pornyorlorları ilə daha müsbət gündəliyə fokuslansın. Avropa Parlamenti isə daha neqativ gündəlik formalaşdırmağa çalışır. Avropa Parlamentinin son açıqlamasına Milli Məclisin cavabı çox əsaslı olub. Ötən illə müqayisədə Avropa İttifaqının bir çox təsisatları Azərbaycanla münasibətlərdə daha çox aktivlik göstərib, xoş niyyət irəli sürüblər".

C.Bayramov bildirib ki, son illər müxtəlif mövzularda çoxsaylı belə halla rastlaşmışıq.

Avropa-Azərbaycan əlaqələrindən danışanda müxtəlif təsisatlar mövcuddur. Kimsə Avropa partyorlarının müsbət gündəliyinə fokuslanmağa çalışır. Avropa Assambleyası neqativ gündəlik formalışdıran təsisatlardandır.

Onların bu yanaşması keçmiş illərdə bizim digər Avropa əlaqələrimizə mənfi təsirlərini biruzə vermişdi.
Avropa İttifaqının bir çox təsisatlarından xoşniyyətli addımlar görürük. Bu, dialoqun istiləşməsinə səbəb olub. Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrə maraqlıdır", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti