...

Pirotexniki vasitələr satan daha 11 nəfər saxlanılıb

Cəmiyyət Materials 26 Dekabr 2025 17:17 (UTC +04:00)
Pirotexniki vasitələr satan daha 11 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gün pirotexniki vasitələr satan daha 11 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bİldirilib ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Paytaxt və bölgələrdə keçirilən növbəti tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti