...

Ermənistanda keçiriləcək görüşlə bağlı Prezident İlham Əliyevin təqvimində hansısa plan yoxdur - Nazir

Siyasət Materials 26 Dekabr 2025 17:59 (UTC +04:00)
Ermənistanda keçiriləcək görüşlə bağlı Prezident İlham Əliyevin təqvimində hansısa plan yoxdur - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Siyasi Birliyinin formatı kifayət qədər yenidir.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, orada iştirakla bağlı dəvət dövlət başçılarına yönəldilir.

"Məndə olan məlumata əsasən, 2026-cı ilin mayında Ermənistanda keçiriləcək görüşlə bağlı Prezident İlham Əliyevin təqvimində hansısa plan yoxdur. Daha dəqiq məlumatı isə Prezident Adminstrasiyası verə bilər", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti