...

Azərbaycan Somali və Uqanda ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

Cəmiyyət Materials 26 Dekabr 2025 17:25 (UTC +04:00)
Azərbaycan Somali və Uqanda ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Somali və Uqanda ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək.

Trend xəbər verir ki, bununla bağlı məsələlər Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti