...

“3+3” formatında növbəti görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi təklifi qəbul edilməyib - Nazir

Siyasət Materials 26 Dekabr 2025 17:36 (UTC +04:00)
“3+3” formatında növbəti görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi təklifi qəbul edilməyib - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Türkiyədə son görüş keçiriləndə növbəti görüşün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi barədə təklif verdik. Müəyyən səbəblərdən konsensus olmadı və bu təklif yekun sənəddə yer almadı. Təklifimiz hələ də qüvvədədir. 3+3 formatının yaranması tarixi İkinci Qarabağ savaşından sonraya təsadüf edir.

Bunu Trend-in sualını cavablandırarkən bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu elə təəssurat yaradır ki, bu formatın çərçivəsində əsas mövzu kimi Azərbaycan-Ermənistan məsələsi müzakirə olunmalıdır.

"Azərbaycan Ermənistan məsələsi, əsasən, artıq həllini tapıb. Azərbaycanla Ermənistan arasında birbaşa dialoq var. Bu yanaşma düzgün deyil və bugünkü reallıqlara uyğun deyil. Belə bir görüş gündəlik əsasında, öncədən razılaşdırılmış və bütün dövlətlərin maraqları nəzərə alındığı təqdirdə keçirilə bilər. Belə bir görüşün keçirilməsinə etiraz etmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti