...

Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni geosiyasi reallıqlar formalaşmasına imkan verir - Nazir

Siyasət Materials 26 Dekabr 2025 15:37 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni geosiyasi reallıqlar formalaşmasına imkan verir - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni geosiyasi reallıqlar formalaşmasına imkan verir.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Naxçıvanla yeni maneəsiz bağlantının təmin edilməsi ilə bağlı razılaşma əldə edilib.

"Bu layihə regionda nəqliyyat və ticarət imkanlarını genişləndirəcək. Sülh sazişinə əsasən Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddia və mövcud öhdəliklərin tam icrası da mühüm əhəmiyyət kəsb edir", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti