...

Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib - Nazir

Siyasət Materials 26 Dekabr 2025 16:19 (UTC +04:00)
Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyev çox sistemli xarici siyasət yürüdür.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

"Hər bir ölkənin portnyorları ilə münasibətləri digər ölkələrlə münasibətlərdən fərqlənir. Bu mövzularda Azərbaycan diplomatiyasının mövqeyi hər zaman aydın olub".

Nazir qeyd edib ki, Rusiya-Ukrayna qarşıdurması 2014-cü ildən özünün qaynar fazasına keçib. 2024-cü ildə bu münaqişə açıq müharibə fazasına keçdikdən sonra Azərbaycan hər iki ölkə münasibətləri qoruyub saxlayıb.

"Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bunu açıq şəkildə bildirib. Azərbaycan-Rusiya arasında olan gərginlik Ukrayna müharibəsi ilə yox, AZAL təyyarasinin faciəvi qəzası ilə bağlı idi", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti