...

Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizasız gediş-gəlişi üçün 5 ölkə ilə danışıqlar aparılır - Nazir

Siyasət Materials 26 Dekabr 2025 16:36 (UTC +04:00)
Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizasız gediş-gəlişi üçün 5 ölkə ilə danışıqlar aparılır - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Vətəndaşlarımızın rahat gediş-gəlişi üçün viza rejimin sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, qarşılıqlı prinsip əsasında və bütün elementlər nəzərə alınmaqla bu ölkələrin siyahısında artım müşahidə edilir:

"Hazırda ümumvətəndaş pasportları olan şəxslərin vizadan azad olunması istiqamətində 5 ölkə ilə danışıqlar aparılır. Vətəndaşlarımız üçün gediş-gəlişin sadələşdirilməsi icazəsi təhlil edilir və qarşlıqlı prinsip əsasında bütüm elementlər nəzərə alınmaqla bu ölkələrin sayında artım müşahidə edilir. Albaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş, Çİn ölkələrinə vətəndaşlarımız üçün vizasız gediş-gəliş tətbiq edilib. 2025-ci ildə diplomatik və xidməti pasport sahiblərinin visadan azd edilməsi üçün 10 saziş imzalamışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti