Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirtcxaliya/ Gürcüstan Cənubi Osetiyada yaranan münaqişənin təşəbbüskarının kim olması barədə əsaslı sübuta malikdir. "İlk zərbə bizə endirilib və biz Rusiynanın geniş miqyaslı təcavüzündən müdafiə olunmaq məcburiyyətində idik", - deyə jurnalistlərlə söhbətdə Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.
"DİN-nin tez-tez tənqid olunmasına baxmayaraq, bu dəfə onlar çox yaxşı işləyiblər və həmin günlərin hadisələrini dəqiqliyi ilə təsvir edən böyük sənədli materiallar ələdə ediblər və bu sübut edir ki, Rusiya bütün bu təxribatı Gürcüstanda qanuni seçilən hakimiyyəti devirmək məqsədi ilə təşkil edib", - deyə o qeyd edib.
Gürcüstan prezidenti bildirib ki, o, bütün bu sübutları Fransa prezidenti Nikolya Sarkoziyə təqdim edib. "Bunu yoxlamaq asandır, hər şey aydındır - onlar hücum ediblər, biz isə müdafiə olunmaq məcburiyyətində qalmışıq", - deyə Saakaşvili bildirib.
"Biz Tbilisini və Gürcüstanın böyük hissəsini qorumağı bacardıq, indi isə təcavüzkarlar tərəfindən zəbt olunan ərazilər uğrunda mübarizə aparmaq lazımdır", - deyə Gürcüstan prezidenti bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]