...

BMT-nin Kipr üzrə xüsusi elçisi Aleksandr Dauner Türkiyəyə səfər edəcək

Siyasət Materials 9 Sentyabr 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend / BMT-nin Kipr üzrə xüsusi elçisi Aleksandr Dauner Türkiyəyə səfər edəcək.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Kipr üzrə xüsusi elçisi Aleksandr Dauner bu gün Türkiyəyə səfər edəcək. Bu haqda sentyabrın doqquzunda Türkiyənin Palhaberagentliyi məlumat verib.

Yunanıstanın paytaxtı Afinada keçirdiyi görüşlərdən sonra Türkiyəyə səfər edəcək Dauner Ankarada Türkiyə prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacanla görüş keçirəcək.

Sentyabrın 11- də Daunerin Kiprdə adanın yunan və türk liderlərinin zirvə görüşündə iştirak edəcəyi gözlənilir.

Dauner sentyabrın 3 - də Kiprdə keçirilmiş birinci zirvə görüşündən əvvəl adanın yunan və türk nümayəndələri ilə danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti