...

Venesiya Komissiyası Azərbaycana ekspertlər göndərəcək

Siyasət Materials 9 Sentyabr 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir C.Babayeva/ Avropa Şurasının Venesiya Komissiyası prezident seçkiləri vaxtı mümkün pozuntuları təhqiq etmək üçün Azərbaycana ekspertlər göndərmək niyyətindədir. Venesiya Komissiyasının katibi Canni Bukikkio çərşənbə axşamı ekspert qrupunun fəaliyyətinə yardım etmək xahişi ilə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədrinə müraciət edib. Venesiya Komissiyasının ekspertləri seçkilər ərəfəsində Azərbaycana gələcəklər. Azərbaycan ekspertlərin işinə yardım etməyə razılıq verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

21 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, "Yaşıl Siyasət" Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq, MSK-ya təqdim ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti