...

Azərbaycanın siyasi partiyası prezidentliyə namizədliyini geri götürə bilər(video)

Siyasət Materials 15 Sentyabr 2008 13:35 (UTC +04:00)
Azərbaycanın siyasi partiyası prezidentliyə namizədliyini geri götürə bilər(video)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Azərbaycanın Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev namizədliyini geri götürə bilər. Bu barədə bazar ertəsi Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi brifinqdə Hacıyev özü məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. MSK hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəylinin prezidentliyə namizədliyini qeydə alıb. Qeydə alınma prosesi artıq başa çatıb.

Hacıyev namizədliyinin geri götürülməsi məsələsinin meydana çıxmasını partiya Siyasi Şura üzvlərindən bir qrupun ona edilən təzyiqləri ilə əlaqələndirib.

"Siyasi Şuranın 18-19 nəfər üzvü belə bir arqument ortaya qoyur ki, guya Qərbi azərbaycanlılara təzyiq var. Belə bir tələb irəli sürürlər ki, biz 10 gün prezident seçkilərində iştirak edək. 10 gündən sonra geri çəkilək və xalqdan üzr istəyək ki, səhf etmişik və indiyə qədər hakimiyyətin qorunmasında iştirak etmişik", - MMP-nin sədri vurğulayıb.

Hacıyev Siyasi Şura üzvləri tələblərində israrlı olacaqları təqdirdə, partiyanın qurultayının çağrılacağını deyib.

Hacıyev yaxın vaxtlarda rəhbərlik etdiyi partiyanın aksiyalar keçirəcəyini də söyləyib. Onun sözlərinə görə, aksiyalar paytaxtla yanaşı, əyalətlərdə də təşkil olunacaq.

Hacıyev 1992-93-cü illərdə "Azərbalıq" Dövlət Konserninin sədri olub. Əvvəl Azərbaycan Xalq Cəbhəsində, Müsavat Partiyasında təmsil olunub. 2000-ci ildə Müasir Müsavat Partiyasını təsis edib, partiya 2002-ci ildə dövlət qeydiyyatından keçib.

Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti