...

Bakıda Nuru Paşaya heykəl ucaldılacağına ümid edirəm - səfir

Siyasət Materials 15 Sentyabr 2008 13:52 (UTC +04:00)
Bakıda Nuru Paşaya heykəl ucaldılacağına ümid edirəm - səfir

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtı Bakı şəhərinin erməni daşnakları və rus bolşeviklərinin işğalından azad edilməsinin bazar ertəsi 90 illiyi qeyd olunub.

"Bu gün tarixi bir gündür. Türk əsgərləri burada döyüşərək şəhid olmasaydı, bu gün Bakda başqaları yaşayardı", bazar ertəsi Türkiyənin Azərbaycandakı səfiri Hulusi Qılıc bildirib.

Trend -un məlümatına görə, Türkiyə səfirliyi və Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, Azərbaycan ictimaiyyətin nümayəndələri, müxalifət partiyaları türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirdə 1918-ci ildə Azərbaycan ziyalılarının türk ordusuna müraciəti oxunub.

"Türk ordusu Azərbaycanı özünün vətəni bildi və bu torpaqlar uğrunda şəhid oldu. Türkiyə həmişə Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Türkün türkdən başqa dostu yoxdur və olmayacaq", - deyə səfir bildirib.

Səfir bildirib ki, Azərbaycan torpaqlarını, o cümlədən Bakını işğaldan azad edən Qafqaz İslam Ordusuna rəhbərlik etmiş Nuru Paşaya Bakıda heykəl ucaldılacağına ümid edir: "İnanırıq ki, qarşıdakı illərdə bu məsələ həll olunacaq".

Sonra Türkiyə səfirliyində TRT televiziyası tərəfindən hazırlanın "Qafqazlardan əsən yellər" sənədli filminin təqdimatı keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti