...

İranın nüvə proqramı adlı problemi yoxdur – İran prezidenti

Siyasət Materials 18 Sentyabr 2008 17:34 (UTC +04:00)
İranın nüvə proqramı adlı problemi yoxdur – İran prezidenti

Bu gün Tehranda keçirilən mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, MAQATE rəhbəri əl-Bəradeinin son məruzəsində İranın haqlı olduğu tam şəkildə ifadə olunub. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat verib. Prezident deyib ki, İranın nüvə proqramının sülhməqsədli olduğu məruzədə açıq şəkildə vurğulanıb. "Doğrudur, məruzədə İranın iddia olunan ittihamları tam cavablandırmaması haqda qeydlər də var. Lakin bu münasibətə görə İranı qınamaq olmaz. Belə ki, biz MAQATE ilə beynəxlaq qanunlar çərçivəsində və onların tələblərinə uyğun əməkdaşlıq etmişik və bundan artıq kiminsə iddiasını cavablandırmaq fikrində deyilik", - deyən prezident əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı bu beynəlxalq təşkilat dəfələrlə müxtəlif səviyyəli araşdırmalar aparıb və bütün araşdırmaların sonunda İranın nüvə proqramının sülhməqsədli olduğu hər də qeyd olunub.

"İrana qarşı sanksiya tətbiq etmək istəyənlər acizlikdən bu yola əl atırlar. Bu sanksiyalar İranın yox, onların özlərinin ziyanınadır", - deyə Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti