...

Beynəlxalq ictimaiyyət GUAM ərazisindəki dondurulmuş münaqişələrin həll edilməsi üçün böyük səylər göstərməlidir

Siyasət Materials 25 Sentyabr 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir R.Novruzov/ Beynəlxalq ictimaiyyət GUAM ərazisindəki dondurulmuş münaqişələrin həll edilməsi üçün böyük səylər göstərməlidir. Bu barədə təşkilata üzv ölkələrin XİN rəhbərlərinin ABŞ rəsmi nümayəndələri ilə görüşünün yekunları üzrə qəbul edilmiş GUAM-ABŞ birgə bəyanatında deyilir.

Görüşdə tərəflər GUAM ərazisindəki dondurulmuş münaqişələrin GUAM-a üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması və beynəlxalq hüququn digər prinsipləri çərçivəsində həll edilməsi barədə fikir söyləyiblər.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Tərəflər sərhədlərdə sərhədçilərə kömək və GUAM-ın nəqliyyat dəhlizinin təhlükəsizliyinin artırılması məqsədilə ticarət, nəqliyyat, sərhəd və gömrük nəzarəti, terrorizmlə, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin alverinə qarşı mübarizə üzrə yeni əməkdaşlıq layihələrində əməkdaşlığı davam etdirmək barədə də razılığa gəliblər.

Tərəflər GUAM-ABŞ formatının növbəti görüşünün dekabrın əvvəlində Helsinkidə ATƏT-in Nazirlər Kabinetinin iclası çərçivəsində keçirilməsini planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti