...

Rusiya nümayəndə heyətinin AŞPA-kı səlahiyyətləri təstiq olundu

Siyasət Materials 2 Oktyabr 2008 01:13 (UTC +04:00)
Rusiya nümayəndə heyətinin AŞPA-kı səlahiyyətləri təstiq olundu

Fransa, Strasburq, 1 oktyabr/ Trend , müxbir A.Mahərrəmli/ Cümə günü Avropa Şurası Parlament Assambleyasının payız sesiyası çərçivəsində Rusiya nümayəndə heyyətinin AŞPA səlahiyyətləri təstiq olundu. Müzakirlerde çixış eden əksər deputatlar ve siyasi qrup rəhbərləri müzakirələrin aparilmasinin məntiqə uyğun olduğunu vurgulamaqla yanasi, Rusiya ile dialogun davam etdirilmesinin lehine çixiş ediblər.

Boyuk Britaniyali deputat Hankok Mixail çıxışı daha kəskin olub. O Rusiya numayende heyyetinin səlahiyyətlərinin dondurulmasına qarşı çıxıb. "Bununla biz heç bir şeyə nail ola bilmərik. Bu heç də Gürcüstan ve Cənubi Osetiya xalqlarının xeyrinə deyil ve məsələnin həllinə yardımçı ola bilməz. Saakaşvili ordunu Cənubi Osetiyaya göndərmək və mülki əhaliyə ateş açmaqla herbi cinayət törədib. O cox yalnış hərəkət edib", deye o bildirib.

AŞPA-daki Gurcustan numayende heyetinin başçısı çıxışında Rusiya tərəfində əvvəlcədən planlaşdırılmış bir hərəkətin olmasına diqqət çəkib. O qeyd edib ki, məqsədləri Rusiyani təcrid etmək yox, AŞ prinsip ve normalarina hörmət olunmasına nail olmaqdır. Rusiya qoşunlarını münaqişə zonasından çıxarmalıdır, Cənubi Osetiya ve Abxaziyanın müstəqilliyinin tanınması ləğv etməli.

Muzakirelerden sonra mərüze 114 lehinə, 20 əleyhine ses verilmekle qebul edilib. Belelikle, deputatlar Rusiyanin AŞPA daki numayende heyətinin mandatını təstiq etmişlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti