...

Azərbaycan prezidentinin İnternet saytında məktəblilər üçün bölmə açılıb

Siyasət Materials 3 Oktyabr 2008 17:43 (UTC +04:00)
Azərbaycan prezidentinin İnternet saytında  məktəblilər üçün bölmə açılıb

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan Respublikası prezidentinin İnternet saytında məktəblilər üçün newforkids.president.az. bölməsi açılıb.

Səhifə gənc məktəbli nəslin istifadəsi üçün rahat formatda yaradılıb.

Səhifədə məktəblilər üçün Azərbaycan dilində və onların başa düşə biləcəyi tərzdə Azərbaycan tarixi, coğrafiyası, siyasi sistemi, mədəniyyəti, dövlət rəmzləri, əsas nailiyyətləri və problemləri barədə informasiyalar yer alıb. Saytın digər bir bölməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunub.

Saytın daimi qəhramanları olan üç gənc, gənclərə saytın xəritəsini izah edir və onlara əsas informasiyaları təqdim edirlər. Azərbaycan Respublikasının Konstitusiyası barədə informasiya ayrıca təqdim olunub. Burada Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqları öz əksini tapıb, hakimiyyətin bölüşdürülməsi məsələləri açıqlanıb və vətəndaşın Vətən qarşısında məsuliyyət tədbirləri müəyyən edilib.

"Mənim prezidentim" bölməsində Azərbaycan Respublikası prezidentinin fəaliyyəti geniş şəkildə açıqlanıb. Saytın gənc istifadəçilərinə prezident seçimi üzrə demokratik qaydalar və hakimiyyətin digər qolları barədə informasiya verilir. Saytda prezidentin şəxsiyyəti, gündəlik fəaliyyətinə dair məlumatlar həm mətn, həm də foto formatında geniş şəkildə öz əksini tapıb. Gənc nəslin nümayəndələri http://mektebli.president.az/ səhifəsi vasitəsilə ölkə, prezident və Azərbaycan Respublikasının gənc vətəndaşlarının şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas aspektlər barədə sərbəst şəkildə informasiya əldə edə bilərlər.

İnternetdə ABŞ, Rusiya, Pakistan, Fransa prezidentləri və Böyük Britaniya Baş nazirinin analoji səhifələri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti