...

Azərbaycanın müxalif Müsavat Partiyası Məclisinin sabiq üzvü seçiciləri hakim partiyanın namizədini dəstəkləməyə çağırıb

Siyasət Materials 3 Oktyabr 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Müsavat Partiyası Məclisinin sabiq üzvü prezident seçkilərində hakim partiyanın namizədini dəstəkləyəcək.

"Rəhbəri olduğum "Təbliğ" İslam Xeyriyyə Vəqfinin və Qarabağın seyid ocaqlarının mənə verdiyi səlahiyyətdən istafdə edərək, Azərbaycan xalqını seçkilərdə fəal iştirak etməyə, eyni zamanda müstəqil dövlətimizin bütövlüyü və inkişafı naminə, İlham Əliyevə səs verməyə çağırırarm" - cümə günü Trend - a Müsavat Partiyasının Məclisinin sabiq üzvü Seyid Camal Əzimbəyli bildirib.

Trend - un arayışı: Əzimbəyli 10 ilə yaxın Müsavatın üzvü olub. Müsavatdan istefa verəndə partiyanın ali orqanı sayılan Məclisin üzvü idi. İstefa verməsinə partiyanın prezident seçkilərini boykot etməsini səbəb göstərib.

Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Müsavatın keçmiş üzvü Azərbaycanın nüfuzu və daha da qüvvətlənməsi üçün beynəlxalq arenada göstərdiyi fəal diplomatiyası ilə dövdətimizin ali mənfəətlərinin bir dəyəri olaraq, prezident seçkisində indiki prezident İlham Əliyevə səs vermək qərarına gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti