...

Azərbaycan prezidenti Masallı rayonuna gedib

Siyasət Materials 7 Oktyabr 2008 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend / Azərbaycan respublikasının prezidenti İlham Əliyev çərşənbə axşamı Masallı rayonuna gedib.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə keçmiş prezident Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.

Azərbaycan prezidenti Masallı rayonuna səfərini Heydər Əliyev muzeyinin açılışında iştirak etməklə davam etdirib. Dövlət başçısı muzeyin açılışını bildirən lenti kəsib.

İlham Əliyev Masallı rayonundan əvvəl Biləsuvarda olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti