Gürcüstan, Tbilisi, 10 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/їAvropa sizinlədirї, - cümə günü Fransa xarici siyasət idarəsinin rəhbəri Bernar Kuşner Rusiya qoşunlarının yeridilməsi nəticəsində zərər çəkmiş Tsxinvali regionunun Karaleti və Tkviavi kəndlərinin sakinlərinə deyib.
Kuşner cümə günü səhər təcavüz nəticəsində daha çox zərər çəkmiş kəndlərə baxmağa gedib.
Fransa lı nazir əhali ilə görüşdən sonra yerli polis bölməsində olub.Ona bildiriblər ki, Rusiya hərbçiləri və qanunsus osetin birləşmələri, demək olar ki, hər şeyi məhv ediblər.
Sonra Kuşner evlərin əksəriyyəti bombalanmış rayonların birində olub.
Kuşner yerli əhali ilə söhbətdən sonra deyib ki, Tkviavidə kifayət qədər ağır söhbətlərin şahidi olub. їBunlar çox pis hadisələrdir, lakin mən demək istəyirəm ki, Avropa sizinlədirї, - Kuşner qeyd edib.
Fransa xarici işlər naziri və Avropa İttifaqının nümayəndə heyəti Erqnet kəndinə yola düşüblər.