...

Azərbaycanın şimal-qərbində ölümlə nəticələnən yol qəzası baş verib

Siyasət Materials 13 Oktyabr 2008 22:31 (UTC +04:00)

Azərbaycan, Şəki, 13 oktyabr / Trend müxbir S.Fətəliyev/ Bu gün saat 18.00 radələrində Qax rayonunun Süskənd kəndi ərazisində ölümlə nəticələnən yol qəzası başa verib. Trend -un verdiyi xəbərə görə, Yevlax rayonunun Xaldan kənd sakini 39 yaşlı Ramiz Məmmədovu idarə etdiyi KaMAZ markalı avtomobili (dövlət nişanı 45 BE 753) trassdan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan Vəli Rəhimov hadisə yerində keçinib. Digər sərnişin isə ağır vəziyyətdə Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qax rayonunun polis şöbəsində istintaqa başlanılıb.

Xəbər lenti

Xəbər lenti