...

AŞ-nin eksperti müxalifətin müəyyən bir hissəsinin Azərbaycanda prezident seçkilərində iştirak etməməsindən narazıdır

Siyasət Materials 14 Oktyabr 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir N.Abdullayeva/ Avropa Şurasının (AŞ) eksperti müxalifətin bir hissəsinin Azərbaycanda prezident seçkilərində iştirak etməməsindən narazıdır.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

"Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyaları, Müsavat partiyası və "Azərbaycan Naminə" İctimai Forum sentyabrın əvvəlində oktyabrın 15-də keçiriləcək seçkiləri qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkilərindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

"Problemlər seçkiqabağı prosesdə deyil, müxalifətin özündədir, - britaniyalı parlamentari və AŞ-nin müşahidə missiyasının üzvü Mayk Senkok çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib. - Müxalifət məni məyus edib. O, bu prosesdə daha fəal iştirak etməliydi".

"Şübhə etmirəm ki, sabahkı seçkilər çox yaxşı təşkil ediləcək. Düşünmürəm ki, heç bir problem olmayacaq. Lakin seçkilər Gürcüstan və Ermənistana nisbətən daha yaxşı keçəcək", - ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti