...

Prezident seçkisində seçicilərin ən yüksək fəallığı Azərbaycanın şimal regionunda müşahidə olunur

Siyasət Materials 15 Oktyabr 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva / Prezident seçkisində seçicilərin ən yüksək fəallığı şimal regionunda - ölkənin Xaçmaz rayonunda müşahidə olunur.

"Xaçmaz şəhərinin özündə də seçicilərin yüksək fəallığı müşahidə olunur", - deyə jurnalistlərə Mərkəzi Seçki Komissiyası yanında "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramin Hüseynov bildirib.

Səhər saat 10: 00 - dək Xaçmaz şəhərinin 55 saylı şəhər seçki dairəsində 41 838 seçicidən 10 248 nəfəri səs verib, 56 saylı kənd seçki məntəqəsində 42516 seçicidən 10 440 nəfəri artıq səsvermdə iştirak edib.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti