Azərbaycan, Bakı 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ombudsmanı ölkədə keçirilmiş prezident seçkisindən razıdır.
"Azərbaycanda keçirilən prezident seçkisi keyfiyyət baxımından ötən seçkidən fərqlənib", - Azərbaycanın Ombudsmanı Elmira Süleymanova jurnalistlərə bildirib.
Bu gün Azərbaycanda prezident seçkisi baş tutub.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
"Seçicilər seçkilərdə könüllü iştirak ediblər. Ombudsman Aparatının seçkiləri izləyən nümayəndələrinin məlumatlarına əsasən, seçicilərin iştirakı çox yüksək olub", - o bildirib.
Ombudsmanın sözlərinə görə, namizədlər arasında gərginlik müşahidə olunmayıb. "Təbliğat kampaniyasında onlar üçün hər bir şərait yaradılmışdı. Azərbaycanda seçkilər demokratik, ədalətli və şəffaf keçib", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]