Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevi qəbul edib.
Sergey Lebedev seçkilərdə qələbə qazanması
münasibətilə dövlətimizin
başçısına rəhbərlik etdiyi qurumun və
şəxsən özünün səmimi təbriklərini
çatdırıb. Bir çox seçki
məntəqələrində olduqlarını və
seçicilərlə fərdi söhbətlər
etdiklərini bildirən qonaq vətəndaşların
ölkədəki iqtisadi yüksəlişdən və
əhalinin sosial rifahın
yaxşılaşdırılmasından böyük
razılıq etdiklərini deyib. Sergey Lebedev oktyabrın
15-də seçicilərin məntəqələrə bayram
əhval-ruhiyyəsi ilə gəldiklərinin şahidi
olduqlarını vurğulayıb.
Öz növbəsində İlham Əliyev təbrikə
görə minnətdarlığını bildirib.
Azərbaycanda seçkilərin normal şəraitdə
keçməsini siyasi münasibətlərin nümunəsi
kimi qiymətləndirən prezident İlham Əliyev
ölkədə fəaliyyət göstərən siyasi
qüvvələr arasında münasibətlərin yeni,
beynəlxalq standartlara cavab verən bir mərhələyə
qədəm qoyduğunu deyib.