...

İranda bir məsihinin azadlığa buraxılması haqda qərar verildi

Siyasət Materials 19 Oktyabr 2008 16:12 (UTC +04:00)
İranda bir məsihinin azadlığa buraxılması haqda qərar verildi

İran, Tehran, 19 oktyabr/ Trend , müxbir: E. Namdari/ Iranın Ədliyyə Nazirliyi bu ölkənin şimal şərqində yerləşən Məşhəd şəhərinin xristianlarından olan Ramtin Sudməndin həftələr boyu həbsdən sonra azadlığa buraxılması haqqında qərar verib.

Ramtin Sudmənd bu ilin 21 sentyabrında Məşhəd şəhərinin Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilmiş və indiyədək təcridxanada saxlanılırdı.

Bu məsihi gənc ölkənin təhlükəsizlik orqanının rəhbərliyi tərəfindən "dövlətçilik əleyhinə təbliğat" aparmaqda ittiham edilmişdir.

İranın Ədliyyə Orqanın adının açıqlanmasını istəməyən məlumatlı mənbəsi Trend -ə bildirib ki, Sudməndin buraxılması barədə Məşhəd şəhər İnqilab Məhkəməsinə göstəriş verilib.

O deyib ki, həmin gənc girov təminatı qoyarsa, müvəqqəti olaraq azad edilə bilər.

Ramtinin azad edilməsi haqqında qərar bir müddət öncə Şiraz şəhər məhkəməsi fərənidən "mürtəd" olduqları üçün İki iranlı məsihinin işlərinin Appelyasiya məhkəməsinə göndərilməsindən sonra irəli sürülən ittihamdan bəraət qazanaraq azadlığa buraxıldığı bir vaxtda çıxarılır.

53 yaşlı Mahmud Mətin və 40 yaşlı Arəş Bəsirət adlı iki iranlı məsihi bu ilin 10 may tarixində həbs edildikdən bir neçə ay sonra nəhayət azad edildilər.

Bu iki şəxs, eləcədə, "İslam Respublikasının dövlətçiliyinə qarşı təbliğat aparmaqda", "ictimaiyyəti çaşdırmaqda", "yalan məlumatları yaymaqda", "Ayətullah Xomeyni, Ayətullah Əli Xamneyi və dövlət rəhbərlərini təhqir etməkdə" ittiham olunurdular.

Daha ömcə də, cari ildə İsfahan şəhərinin təhlükəsizlik orqanları tərəfindən 16 məsihi yaxalanmışdı.

Baxmayaraq ki, İİR- nın Cinayət məcəlləsi ilə mürtəd olmaqla bağlı cəza tədbirləri nəzərdə tutulmayıb, lakin İslam dinin qanunlarına görə, İslam dinindən dönmək "mürtədlik" anlamı daşıyır və ölüm cəzası ilə cəzalındırılır.

İraın təhlükəsizlik orqanlarının rəhbərliyi ötən il də Rəşt, Kərəc və Tehran şəhərlərində 14 məsihini həbs etmişdilər.

Bu il də Şiraz şəhərində 10 məsinin həbs edilməsi halı qeydə alınıb.

Bu şəxslər xristian dininə daxil olduqlarına görə həbs olunublar.

Xəbər lenti

Xəbər lenti