...

Almaniya Gürcüstan ərazilərinin minalardan təmizlənməsi üzrə işlərin aparılması üçün 200 min avro ayırıb

Siyasət Materials 23 Oktyabr 2008 11:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Almaniya Federativ Respublikası Gürcüstan ərazilərinin minalardan təmizlənməsi üçün 200 min avro ayırıb.

Bu məbləğ Gürcüstan-Cənubi Osetiya münaqişəsi zamanı istifadə olunan minaların növlərinin müəyyənləşdirilməsi üzərində işləyən "Halo Trust" qeyri-hökumət təşkilatına veriləcək.

Qori ətrafında artıq minadan təmizləmə işləri həyata keçirilib.

Dünən Liaxvsk dərəsində Pxvenisi kəndinə gedən yolda yerləşən körpü yaxınlığında minalardan təmizləmə işləri üzrə layihənin təqdimatı baş tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti