...

Qərbin Əfqanıstanda sülh əldə edilməsi üçün göstərdiyi səylər şübhə doğurur - deputatlar

Siyasət Materials 23 Oktyabr 2008 15:55 (UTC +04:00)
Qərbin Əfqanıstanda sülh əldə edilməsi üçün göstərdiyi səylər şübhə doğurur - deputatlar

Əfqanıstna, Kabil, 22 oktyabr/ Trend , müxbir A.Hakimi/ Ayrı - ayrı qrupların silahlanması, Qərb ölkələrinin "Taliban" ilə dialoqa razı oması, ölkədə narkotika istehsalının iki dəfə artması və digər faktlar Qərbin Əfqanıstanda terrorizmlə mübarizədə həyata keçirdiyi yeddi illik siyasəti şübhə altına alır.

"Qərb Əfqanıstanda öz maraqlarını güdür və şəxsi fayda naminə Əfqanıstanın maraqlarını qurban verir", - parlamentin deputatı Nur Əkbəri (Noor Akbari) Trend - a bildirib.

Coğrafi vəziyyətinə görə, Əfqanıstan uzun müddət dünya dövlətləri üçün bufer zonası olub. Dünya ölkələri öz iqtisadi maraqlarını güdərək, dağıdıcı müharibəyə başlayıblar və bu müharibənin yeganə qurbanı yerli əhali olub.

Hazırda "donor ölkələr" Əfqanıstanda baş verən proseslərə kömək edirlər. Bu proseslərin inkişafı bu ölkələrin siyasi maraqlarını qane edən axarda cərəyan edəcək. Səudiyyə Ərəbistanı, Pakistan və İngiltərə "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlar aparılmasının lehinə çıxış edir, Əfqanıstandakı bəzi deputatlar isə buna qarşı çıxırlar.

Parlamentin üzvü Nur Əkbəri hesab edir ki, bu danışıqlar siyasi sazişdən başqa bir şey deyil və Əfqanıstan sakinlərini aldatmaq üçün lazımdır. Əfqanıstan "Taliban" hərəkatı, terrorizm və terrorla müharibəyə qarşı aparılan ikili standartlara görə xarici dövlətləri tənqid edir. "Taliban"ın nümayəndələri ilə əməkdaşlığa görə üç deputat Əfqanıstandan çıxarıldıqdan sonra, xarici dövlətlərin ikili siyasəti aydın olub.

"ABŞ BMT Təhlükəsizlik Şuasının Qətnamələrini və ikitərəfli sazişləri şəxsi maraqlarının həyata keçirilməsində bəhanə kimi istifadə edir", - Nur Əkbəri bildirib. Helmandda (Əfqanıstanın dünyadakı narkotiklərin 75 faizinin istehsal edildiyi cənub əyaləti) İngiltərənin yeddi minlik ordusu yerləşir. Xaş - xaş istehsalı taliblərin əsas gəlir mənbəyidir. Dünya ictimaiyyəti və Əfqanıstan hökumətinin bu cinayətkar bizneslə mübarizənin zəruriliyi haqqında çağırışlarına baxmayaraq, ingilis müfəttişliyinin sonuncu hesabatı bu əyalətdə xaş - xaş istehsalının iki dəfə artdığını göstərib.

"Dünya ictimaiyyəti və əfqan hökuməti Əfqanıstanda xaş - xaşın becərilməsinə mane ola bilmir", - əfqan parlamentinin üzvü Favziya Kofi (Fawzia Kofi) Trend - a bildirib. Bu bəyanatlara baxmayaraq, rəsmi hesabatlar xaş - xaş istehsalının ötən illə müqayisədə 19,5 faiz azaldığını göstərir. Hərbi ekspertlər bildirirlər ki, dünya ictimaiyyəti Əfqanıstanda vəziyyətin sabitləşdirilməsinə artıq milyonlarla dollar xərcləsə də, vəziyyət günbəgün pisləşir. Bu, dünya dövlətlərinin hərəkətlərində uzlaşma olmamasından irəli gəlir.

"Hərbi qüvvələri Əfqanıstanda olan xarici dövlətlər öz siyasətlərini həyata keçirir və onu bir - biri ilə razılaşdırmırlar", - parlamentin nümayəndəsi Mir Əhməd Coyandah (Mir Ahmad Jovandah) Trend - a bildirib. Məhz buna görə də, ABŞ 7 il ərzində taliblərin dağıdıcı hücumlarının qarşısını ala bilmir. "Dünya ictimaiyyəti və əfqan hökumətinin. çox böyük ərazini müdafiə etməyə qüvvələri kifayət deyil. Belə şəraitdə hökumət və dünya ictimaiyyəti qeyri - qanuni əfqan qruplaşmalarını tərksilah etmək üçün dəstələr formalaşdırır", - Əfqanıstanın müdafiə naziri general Vardak bildirib.

Bəzi ekspertlər əmindirlər ki, təhlükəsizliyin təmin edilməsi, narkotik istehsalının azalması "donor ölkələr" arasında sıx əməkdaşlıq, əfqan xalqının ehtiyaclarına ədaləti münasibət tələb edir. "Dünya ictimaiyyəti Əfqanıstanın maraqlarına daha diqqətlə yanaşmalı və bu ölkənin ərazi bütövlüyünə hörmət etməlidir", - Nur Əkbəri bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti