...

ABŞ -ın elektron müdafiə sistemləri Korporasiyası Gürcüstana əməkdaşlıq təklif edir

Siyasət Materials 24 Oktyabr 2008 18:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ -ın elektron müdafiə sistemləri Korporasiyası Gürcüstanın havadan müdafiəsinin yaxşılaşdırıldması məqsədi ilə, bu ölkənin Müdafiə Nazirliyinə qarşılıqlı əməkdaşlıq təklif edib. Bu məsələ Gürcüstanın Müdafiə İdarəsində Korporasiya nümayəndələri ilə görüşdə müzakirə olunub.

Korporasiyanın hökumət siyasəti direktoru, doktor Con Qlasmanın rəhbərlik etdiyi ABŞ - dan olan nümayəndə heyətini nazirin birinci müavini Batu Kuteliya qəbul edib. Görüşdə Birləşmiş Qərərgah rəhbərinin müavini, briqada generalı David Nairaşvili, Hava Qüvvələrinə komandanlıq edən aviasiya palkovniki Zurab Poçxua və G -6 Rabitə Departamentinin rəhbəri, polkovnik leytenant Mamuka Liparteliani də iştirak ediblər.

Korporasiyanın nümayəndələri Gürcüstan tərəfini öz məhsulları və onun texniki göstəriciləri ilə tanış ediblər. Qonaqlar telekommunikasiya, radar və hava rabitəsi sistemlərinin texniki detallarını da müzakirə ediblər.

Gürcüstan və ABŞ -ın qarşılıqlı əməkdaşlıq perspektivləri gələn həftə Vaşinqtonda, müdafiə sahəsində planlaşdırılan ikitərəfli məsləhətləşmələrdə müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti