...

İranın Mədəniyyət Nazirliyi ABŞ jurnalistlərini ölkəsinə dəvət edib

Siyasət Materials 29 Oktyabr 2008 11:00 (UTC +04:00)

İran, Tehran, 28 oktyabr/ Trend , müxbir A.Namdari/ İranın Mədəniyyət Nazirliyi mətbuat bölməsinin sədr müavini Əlirza Məlikyan bildirib ki, İran iki amerikalı Baş redaktoru Tehranda keçiriləcək mətbuat konfransına dəvət edib.

Mələkyan oktyabrın 28 - də Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, Britaniyada nəşr olunan İndependent qəzetinin Baş redaktoru Robert Fisk də dəvət olunanlar sırasındadır.

Trend -un Tehrandakı müxbirinin məlumatına əsasən, Məlikyan amerikalı Baş redaktorların adlarını açıqlamayıb.

İranın paytaxtı Tehranda hər il noyabrın 16 - da bir həftə ərzində mətbuat sərgi- konfransı keçirilir.

Bu il keçiriləcək konfransda Fransanın Lomond qəzetinin Baş redaktoru Erik Rolo, Livanda nəşr oilunan Əl səfir qəzetinin Baş redaktoru Təlal Səlman da iştirak edəcəklər .

İran ABŞ - da fəaliyyət göstərən qəzetlərin Baş redaktorlarını ilk dəfədir Tehrana dəvət edir.

Xəbər lenti

Xəbər lenti