...

İran "Saiqə" hərbi təyyarəsini modernləşdirib

Siyasət Materials 29 Oktyabr 2008 15:22 (UTC +04:00)

İran Müdafiə Nazirliyi "Saiqə" hərbi təyyarəsinin modernləşdirilməsini həyata keçirib. Bu barədə İranın Fars News agentliyi məlumat yayıb.

İran Müdafiə və Sənaye Nazirliyinin Təyyarə İstehsalı Təşkilatının rəhbəri Məcid Hidayət çərşənbə günü Kiş adasında keçirilən təyyarə sərgisində bildirib ki, "Saiqə" hərbi təyyarəsinin istehsalına ötən il başlanılıb və bu il isə həmin təyyarə Müdafiə Nazirliyi tərəfindən modernləşdirilib.

Hidayət həmçinin dəniz üzərində kəşfiyyat məqsədli yeni təyyarənin istehsal olunacağı barədə də məlumat verib.

Xəbər lenti

Xəbər lenti