...

Azərbaycan prezidenti Türkiyə prezidentini qəbul edib

Siyasət Materials 13 Noyabr 2008 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Türkiyə prezidenti Abdullah Gülü qəbul edib.

Görüşdə dost və qardaş dövlətlər arasında münasibətlərin dinamik inkişafı qeyd olunub. Prezident Gül bildirib ki, İlham Əliyevin bir müddət əvvəl Türkiyəyə etdiyi səfər yüksək səviyyədə keçib və o, iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək.

Bakıda təşkil edilmiş enerji sammitinin əhəmiyyətinə toxunan prezidentlər iki dövlətin qlobal enerji layihələrində sıx əməkdaşlığının vacibliyini qeyd ediblər.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti