Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Almaniya və Avstriyaya viza almaq rejiminə dəyişiklik edilib.
Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 2008-ci il dekabrın 1-dən bu ölkələrə səfər etmək istəyənləri gözləmədən azad etmək üçün viza alan hər bir şəxs üçün xüsusi vaxt təyin ediləcək.
Üç aylıq şengen vizasını əvvəlki kimi, iki-dörd iş gününə almaq olar.
Viza almaq istəyənlər ad, soyad, doğum tarixi, pasportun nömrəsi, ünvan və səfərin məqsədi barədə məlumat təqdim etməlidir. www internet saytında yerləşdirilmiş blanklarda lazımi informasiyanı əldə etmək olar.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend