İsrail prezidenti Şimon Peres BBC radiosuna verdiyi müsahibədə Türkiyənin vasitəçiliyi ilə davam etdirilən İsrail-Suriya danışıqlarının nəticəsinin Suriyanın Livanda fəaliyyət göstərən "Hizbullah" təşkilatını cilovlamağa hazır olub-olmamasından asılı olacağını bildirib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Peres, Şam hökumətinin dəstəyi ilə İranın Livanda təsirini artırmasının yolverilməz olduğunu bildirib. "Suriya bir tərəfdən İranın Livanda təsirini artırmasına kömək göstərib, digər tərəfdən isə İsrailin Colan təpələrindən çəkilməsini tələb edə bilməz", - deyə Peres əlavə edib.