Azərbaycan, Bakı, 19 noyabr / Trend /
Azərbaycan prezidenti İlham Əliyev Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin
yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama
əsasən Azərbaycan Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin
əsasında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi yaradılıb.
Nazirlər Kabinetinə tapşırıb ki,
bir ay müddətində Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin Əsasnaməsinin
layihəsini, komitənin strukturunu, xərclər
smetasını və işçilərin ümumi say
tərkibi barədə təkliflərini hazırlayıb
prezidentə təqdim etsin;
qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;
sərəncamdan irəli gələn məsələləri həll etsin.