...

Iraq Baş nazirinin xüsusi təmsilçisi bu gün Ərdoğanla görüşəcək

Siyasət Materials 20 Noyabr 2008 12:40 (UTC +04:00)

İraq Baş nazirinin xüsusi təmsilçisi Əkrəm əl-Hakim bu gün Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Görüşdə əl-Hakimin İraq və ABŞ arasında imzalanan təhlükəsizlik müqaviləsi haqqında Ərdoğanla fikir mübadiləsi aparacağı nəzərdə tutulur. Əl-Hakim Ərdoğana İraqın Baş naziri Nuri əl-Malikinin məktubunu çatdıracağını bildirib.

Xəbər lenti

Xəbər lenti