Türkiyənin xarici işlər naziri Əli Babacan son dövrdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması üçün yaranan fürsəti bütün tərəflərin lazımınca qiymətləndirməsinin vacib olduğunu bildirib. Əli Babacan bu barədə Türkiyənin TRT2 kanalında çıxışında deyib.
Babacan Türkiyə - Ermənistan münasibətlərinin yaxşılaşmasının Ermənistan - Azərbaycan münasibətlərindəki vəziyyətdən asılı olduğunu bildirib. Babacan Türkiyə - Ermənistan münasibətlərinin yaxşılaşması üçün bir pəncərə açıldığını, lakin yaranan bu tarixi fürsət lazımınca qiymətləndirilməzsə, bu pəncərənin bağlana biləcəyini vurğulayıb.