...

Prezident Administarsiyası Kitsmarişvilinin ittihamlarını təkzib edir

Siyasət Materials 26 Noyabr 2008 19:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın prezident administrasiyası xüsusi bəyanat verərək, Gürcüstanın Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvilinin parlamentin avqust hadisələrinin araşdrılması üzrə müvəqqəti komissiyasının iclasında səsləndirdiyi ittihamları qəti surətdə təkzib edib.

"Kitsmarişvili keçmişdə hökumətdə xidmət etsə də, fəaliyyəti hərbi və ya strateji məsələləri əhatə etməyib və belə olan halda, onun bu tipli müzakirələrdə iştirak etməsi barədə bəyanatları, sadəcə olaraq, həqiqətə uyğun deyil", - deyə bəyanatda bildirilir.

Prezident administrasiyasına yaxın şəxs olan Kitsmarişvili dünən komissiya dinləmələrində Gürcüstanın yüksək vəzifəli şəxslərinin münaqişə regionları üzərində güc yolü ilə nəzarətin bərpa olunması məsələlərini müzakirə etdiyini və onun şəxsən prezident və digər məmurlarla birgə bir neçə belə görüşdə iştirak etdiyini bildirib.

Keçmiş səfir deyib ki, Gürcüstan rəhbərliyi Qərbdən "yaşıl işıq" alaraq, Tsxinvalidə hərbi münaqişəyə başlayıb.

"O, diplomatik xidmətdə bütün səlahiyyətlərdən məhrum edildikdən sonra, hökumətin ünvanına tənqidlə çıxış edib. Bir sıra mühüm məsələlər üzrə tam və faktiki sübutlar üzərində işləmək bu komissiya üçün vacibdir. Məhz buna görə, Kitsmarişvili dindiriləndə belə qeyri- dəqiq bəyanatları dinləmək məyusluq yaradır ", - deyə Gürcüstanın prezident administrasiyası tərəfindən noyabrın 26 - da gecə yarıdan sonra ingilis dilində yayılan bəyanatıda bildirilir.

Sənəddə bildirilir ki, digər dinləmələr kimi, onun komissiyaya verdiyi ifadələrin də bir başa yayımlanması faktı Gürcüstan hakimiyyətinin davamlı və şəffaf demokratiya yaratmaq öhdəliklərini təsdiq edir.

Komissiya müdafiə və daxili işlər nazirlərini, noyabrın 28 - də isə, prezident Saakaşvilini dinləmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti