...

Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb

Siyasət Materials 1 Dekabr 2008 12:45 (UTC +04:00)

Azərbaycan vətəndaşının cəsədi Moskvada İdman keçidi ərazisində yerləşən evin yaxınlığında aşkar olunub. Bu barədə "İnterfaks"a bazar ertəsi şəhərin hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Onun sözlərinə görə, bazar günü yerli sakinlər növbətçi milisə zəng edərək İdman keçidi ərazisində yerləşən evin yaxınlığında kişi meyiti aşkar etdikləri barədə xəbər veriblər. "Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları sinəsindən və qarnından bıçaq yaraları almış 25 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkar ediblər. Şahidlərin sözlərinə görə, mərhum naməlum şəxslər ilə dalaşan zaman bıçaq zərbələrinə məruz qalıb", - deyə agentliyə bildiriblər. H O da bildirilib ki, fakt üzrə cinayət işi qaldırılıb, tədqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti