...

BBC - nin bir neçə əməkdaşı Tehranda həbs olunub

Siyasət Materials 20 Dekabr 2008 13:33 (UTC +04:00)
BBC - nin bir neçə əməkdaşı Tehranda həbs olunub

Tehranda BBC-nin bir neçə əməkdaşı həbs olunub. Onlar Böyük Britaniyaya casusluqda ittiham olunurlar.

"İranın təhlükəsizlik strukturları BBC-nin bir neçə əməkdaşının Böyük Britaniyanın Tehrandakı səfirliyinin dəstəyi ilə İranda casusluq fəalliyyəti göstərirmək niyyətində olduğunu müəyyən edib", - deyə İran Parlamentinin xarici siyasət və Milli təhlükəsizlik komissiyasının üzvi Məhəmməd Kərim Abidi İranın İLNA xəbər agentliyinə müsahibəsində bidirib.

Onun sözlərinə görə, BBC-nin bəzi müxbirləri fərqli adlarla oteldə yer alıblar. O bildirib ki, BBC müxbirləri müxtəlif qruplartəşkil etməklə, casus şəbəkəsi yaratmaq niyyətində olublar.

Abidi bildirib ki, İranın təhlükəsizlik strukturları belə qruplardan bir neçəsini həbs edib və hazırda digər qrupların axtarışı davam edir.

Xəbər lenti

Xəbər lenti