...

İraqın Baş naziri sabah İrana səfər edəcək

Siyasət Materials 2 Yanvar 2009 12:40 (UTC +04:00)

İraqın Tehrandakı səfiri bildirib ki, İraqın Baş naziri yanvarın üçündə  İrana iki günlük rəsmi səfərə gələcək. Bu haqda İranın İRNA xəbər agentliyi məlumat verib.

İraqın Tehrandakı səfiri Məhəmməd Məcid Əl - Şeyxin sözlərinə görə, səfər zamanı  iki ölkənin birgə kommissiyalarının iclası başlanacaq. İran prezidentinin birinci müavini Pərviz Davudi  və İraqın Baş naziri Nuri əl -Maliki komissiyaya rəhbərlik edəcəklər.

Məcid  əl - Şeyx bildirib ki, Nuri əl-Malikinin səfəri çərçivəsində, əsasən, ikitərəfli əlaqələrin yaxşılaşdırılması , xüsusilə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İraqın ticarət, enerji, nəqliyyat nazirləri və  xarici işlər nazirinin müşaviri də bu səfərdə Baş naziri müşayiət edəcək. 

Xəbər lenti

Xəbər lenti