...

Azərbaycan parlamenti "Bədən tərbiyəsi və idman haqqında" Qanunu yenidən hazırlayır

Siyasət Materials 3 Yanvar 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 yanvar / Trend , müxbir R.Ergun/ Milli Məclisin Sosial siyasət daimi komissiyası "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun layihəsini hazırlayır, - şənbə günü Trend -a komissiyanın sədri Hadi Rəcəbli məlumat verib.

"Bədən tərbiyəsi və idman haqqında" Qanun 1997-cı ildə qəbul olunub.

Rəcəbli deyib ki, ötən müddətdə ölkədə və dünyada gedən proseslər bu sahə üzrə qanunvericlik bazasının təkmilləşdirilməsi zərurətini yaradıb. Komissiya üzvləri bunu nəzərə alaraq, "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun layihəsi hazırlayırlar. Sənəddə bədən tərbiyəsi və idmanın bütün istiqamətləri öz əksini tapacaq. Qüvvədə olan uşaq idmanı və paralimpiya haqqında qanunlar da yeni layihəyə əlavə olunacaq.

Rəcəbli deyib ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti