...

Azərbaycanın qərb bölgəsində güclü külək normal həyat ritmini pozub

Siyasət Materials 10 Yanvar 2009 00:45 (UTC +04:00)
Azərbaycanın qərb bölgəsində güclü külək normal həyat ritmini pozub

Azərbaycan, Bərdə, 10 yanvar / Trend müxb. Ş.Cəlilov, X.Əliyevə/ Güclü külək Azərbaycanın qərb bölgəsində normal həyat ritmini pozub. 

Cümə günü axşam saatlarından başlayaraq, ölkənin Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Oğuz və Balakən rayonlarında güclü külək əsməyə başlayıb. Nəticədə Tərtər və Bardədə elektrik enerjisi ilə təchizat tamamilə dayandırılıb. Bu rayonların elektrik paylayıcı şəbəkələrindən Trend -a verilən məlumata əsasən, külək elektrik xəttləri və dirəklərini, transformatorları yararsız hala salıb. Hazırda şəbəkə əməkdaşları ərazilərdə təmir-bərpa işləri aparırlar. Lakin elektrik enerjisi ilə təminatın nə vaxt bərpa olunacağı məlum deyil.

Külək əhaliyə də ziyan vurub. Belə ki, bəzi evlərin damları yararsız hala gəlib. Avtomobil yollarında hərəkət çətinləşib.

Şəki Ərazi Hidrometrologiya Müəssəsinin direktoru Akif Abbasovun Trend -a verdiyi məlumata görə, şimal-qərb istiqamətində əsən külək axşam saat 20.00 radələrindən başlanıb. Onun sözlərinə görə küləyin orta sürəti 12 m/saniyə, maksimal sürəti isə 20 metr/saniyədir. Güclü külək Şəki şəhərinin 30%-də enerjininn kəsilməsinə səbəb olub. Külək Qax, Oğuz və Balakəndə də enerjinin verilməsində qısa fasilələr yaradıb.

Xəbər lenti

Xəbər lenti