...

İsrailin kimyəvi silahdan istifadə etməsi hələ sübut edilməyib - BMT sədrinin rəsmi nümayəndəsi

Siyasət Materials 23 Yanvar 2009 16:40 (UTC +04:00)
İsrailin kimyəvi silahdan istifadə etməsi hələ sübut edilməyib - BMT sədrinin rəsmi nümayəndəsi

Azərbaycan, Bakı, 23 yanvar / hhttp://news.trend.az/,müxbir U.Sadıxova/ "BMT, beynəlxalq təşkilatların İsrailin Qəzza Zolağındakı hərbi əməliyyatları zamanı kimyəvi silahlardan istifadə etməsi haqda araşdırmalarının hesabatı gəlməyincə, vaxtından əvvəl bəyanatlar vermək fikrində deyil", - BMT sədrinin rəsmi nümayəndəsi Brenden Varma deyib.

"Cinayət haqda dəqiq məlumatlar olmayınca, BMT-nin gələcək addımları (İsraili ittiham) haqda danışmaq tezdir", - Trend -a elekton poçt vasitəsilə BMT-nin rəsmi nümayəndəsi bildirib.

Çərşənbə günü, İsrailin Müdafiə Nazirliyi Qəzza Zolağındakı üç həftəlik hərbi əməliyyatlar zamanı HƏMAS təşkilatına qarşı qadağan olunmuş ağ fosfordan qeyri-qanuni istifadə etməsi haqda məlumatı təsdiqləyib. Ancaq hələ ki, bu haqda heç bir sübut təqdim edilməyib. İsrailin Müdafiə Naziri Ehud Barak beynəlxalq hüquq təşkilatları və KİV-in dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi barəsində çoxsaylı ittihamların təhqiqatına başlanılması haqda bəyanat verib.

"BMT İsrailin fosfor silahından istifadə etməsiylə bağlı mövqeyini bəyan etməyib. Çünki təşkilat bu məsələnin təhqiqatı ilə məşğul olan müstəqil mandatlı insan hüquqları üzrə BMT Şurasının yekun cavabını gözləyir", - rəsmi nümayəndə qeyd edib.

"Pozuntular (kimyəvi silahdan istifadə) haqda bəyanatlar dəqiq tədqiq və sübut edilməlidir, ittiham sübuta yetirilsə, tərəf məsuliyyətə cəlb olunacaq", - Varna bildirib.

"Human Rights Watch təşkilatının təhqiqatçısı Bill Vanesveldin sözlərinə görə, ağ fosfor çox təhlükəli kimyəvi silahdır", -  RİA Novosti agentliyi məlumat verib.

"Yerə düşəndən sonra fosfor yanmaqda davam edir, onunla binaları yandırmaq mümkündür. O insanı öldürərkən onun dərisinə yapışır və əzələlərini yandırır", - Bill qeyd edib.

Ancaq ağ fosfordan döyüş meydanında tüstü qatı yaratmaq və hücumdan qorunmaq üçün istifadə etməyə icazə verilir.

"Ərəb KİV-inin məlumatına görə, "Tökmə qurğuşun" hərbi əməliyyatı zamanı Qəzza Zolağına ən azı 200 fosfor bombası atılıb. Fələstinli tibb işçilərinin məlumatına görə, hərbi münaqişə zamanı 1300 fələstinli dünyasını dəyişib, 5500 yaralanıb", - ВВС xəbər verir.

Ümumi zərər 1.5 milyard həcmində qiymətləndirilir.

Məqalə müəllifi ilə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti