...

Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ probleminin həlli istiqamətində təkliflər verməyə hazırdır -qurumun sədri

Siyasət Materials 26 Yanvar 2009 16:01 (UTC +04:00)

Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç qurumun Dağlıq Qarabağ probleminin həlli istiqamətində təkliflər verməyə hazır olduğunu bildirib.

"Biz vəziyyətdən çıxış yolu tapmaq və təkliflər verməyə cəhd edəcəyik. Amma tərəflər razılığa gəlməlidir", - Trend -un məlumatına görə, AŞ PA sədri qurumun qış sessiyası çərçivəsində bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

Bu gün AŞ PA-nın qış sessiyası işinə başlayıb.

De Puç deyib ki, Avropa Şurasına üzv dövlətlərin ərazisində münaqişələrin qarşısının alınması ilə bağlı yaradılan Alt Komitənin fəaliyyətinə  "dondurulmuş münaqişələr"in, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması, ümumiyyətlə münaqişələrin baş verməsinin qarşısını almaq üçün təkliflər daxildir.

"Avropa Şurası bu sahədə vasitəçi rolunu oynamaq və tərəflər arasında etimad mühitinin yaradılmasına  cəhd edir", - de Puç əlavə edib.

AŞPA sədri keçən sessiya zamanı münaqişənin həlli yolunun tapılması məqsədilə Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətlərinin sədrləri ilə görüşünün çox müsbət və konstruktiv şəraitdə keçdiyini bildirib.

AŞPA sədri Dağlıq Qarabağ üzrə Alt Komitəyə yeni sədrin seçilməsi ilə bağlı məsələnin hələ həll olunmadığını və onun gündəmdə olduğunu deyib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti