...

Kabildə iki partlayış baş verib (Əlavə olunub)

Siyasət Materials 11 Fevral 2009 11:47 (UTC +04:00)
Kabildə iki partlayış baş verib (Əlavə olunub)

Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir T.Cəfərov/ Bu gün səhər Əfqanıstanın Mədəniyyət və Ədliyyə nazirliklərində partlayış baş verib.

"İki nəfər özünü nazirliklərdə partladıb", - deyə Trend -a telefonla Əfqanıstan təhlükəsizlik nazirinin müavini, general Əli Muştaq bildirib.

Əfqanıstanın rəsmi nümayəndəsi - anonim mənbənin BBC-yə veridyi məlumata görə, təxribat nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Lakin Əfqanıstan təhlükəsizlik nazirinin müavini bu informasiyanı təkzib edib. "Ölən yoxdur, yaralananlar var", - deyə Trend -a telefonla general Muştaq bildirib.

Onun sözlərinə görə, fakt üzrə cinayət işi qaldırılıb, tədqiqat aparılır.

Muştaq bildirib ki, Ədliyyə Nazirliyində bir neçə nəfər girov götürülüb, lakin Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin əməliyyatından sonra girovlar azad edilib, girov götürən şəxslər isə öldürülüb.

"Taliban" hərəkatının nümayəndələri baş verənlərə görə məsuliyyəti öz üzərlərinə götürüblər. Onlar ötən ilin oktyabrında Əfqanıstanın Mədəniyyət Nazirliyində 25 nəfərin ölümü ilə nəticələnən partlayış törədiblər. Təxribatda məqsəd bu idarənin rəhbərini öldürmək olub.

Xəbər lenti

Xəbər lenti